16 
Fev
2015
17:25
162
14
4716
Virtual karabakh

Sarkisyan Türkiyə ilə münasibətləri normallaşdırmaqdan imtina etdi

16 Fev, 2015
17:25
4716

Sarkisyan Türkiyə ilə münasibətləri normallaşdırmaqdan imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan prezidenti məktub yazdı.

Ermənistan prezidenti Serj Sarkisyan parlament sədri Qalust Saakyana məktubla müraciət edərək onu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması haqqında protokolu parlamentdən geri çağırmaqla bağlı qərarı barədə məlumatlandırıb. 

Bu barədə Oxu.Az Novosti-Armeniya-ya istinadən xəbər verir. 

“Hörmətli cənab Saakyan, biz şərtsiz Ermənistan-Türkiyə münasibətlərinin nizama salınması prosesinə başlayarkən gələcək proseslərin bütün mümkün varianlarını təqdim etdik.

Biz münasibətlərin protokolların ratifikasiyası yolu ilə  nizama sakınmasına hazır idik. Həmçinin onların uğursuzluğuna da. Belə ki, gizlətməyə nəsə yoxdur. Dünya ictimaiyyətinə də məlum olacaq ki, kimin günahı ucbatından Avropanın son bağlı sərhədi açılmadı və imkan əldən verildi”,- məktubda qeyd olunub. 

Qeyd edək ki, müvafiq protokolu Ermənistan və Tükiyə XİN başçıları 2009-cu ilin oktyabrın 10-da Sürixdə imzalayıb.   

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri