13 
Sen
2017
13:30
86
25
1612
Virtual karabakh

Ermənistanda 180-dən çox vəkil tətil edir

13 Sen, 2017
13:30
1612

Ermənistanda 180-dən çox vəkil tətil edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda vəkillər kütləvi tətil elan ediblər.

Oxu.Az-ın APA-ya istinadən xəbər verir ki, bu gün keçirilən tədbirdə 180-dən çox vəkilin sentyabrın 13-dən tətil elan etdiyi açıqlanıb. Onlar məhkəmələrdə və cəzaçəkmə müəssisələrində qanunsuz axtarışlara və baxışlara məruz qalmalarına narazılıq bildiriblər.

Vəkillərin adından yayılmış bəyanatda deyilir ki, onlar bu addımları ilə Ermənistanda hüquq müdafiəsi sahəsində qanunsuzluqlara, vəkillərə təzyiqlərə, onların peşəkar və şəxsi toxunulmazlıq hüquqlarına hörmət olunmamasına etiraz edirlər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri