27 
Fev
2015
19:00
45
75
1463
Virtual karabakh

Permyakovun işinə Rostovda baxıla bilər

27 Fev, 2015
19:00
1463

Permyakovun işinə Rostovda baxıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hal-hazırda o, Gümrüdə psixoloji-psixiatrik ekspertizadan keçir”.

Avetisyanovlar ailəsinin yeddi üzvünün (altı aylıq körpə xəstəxanada həlak olub) qətlində ittiham edilən, 102-ci Rusiya hərbi bazasının hərbçisi Valeri Permyakova dair açılmış cinayət işi Şimali Qafqaz vilayətinin hərbi məhkəməsinin (dislokasiya məkanı – Rostov-na-Donu) sərəncamına keçə bilər.

Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə bu məhkəmənin sədri Mixail Ptisin bildirib.

“Hal-hazırda Permyakov Gümrüdə psixoloji-psixiatrik ekspertizadan keçir. İşin İrəvan və ya Rostov-na-Donu hərbi məhkəməsində dinləniləcəyi məlum deyil. Amma mühakiməyə görə iş Şimali Qafqaz vilayəti hərbi məhkəməsinə aiddir”, - Mixail Ptisin deyib.

Xatırladaq ki, qətl törətdiyini etiraf edən Valeri Permyakov hərbi xidmətə Zabaykalyadan çağırılıb. KİV-dən xəbər veriblər ki, hələ Çitada xidmət keçərkən, o, davranışında ciddi problemlər olduğu üçün hərbi-kliniki hospitalın psixiatrik şöbəsinə yatırılıb. Amma sonradan xidmətə yararlı bilinərək hərbi bazaya göndərilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri