27 
Fev
2015
19:52
221
17
1581
Virtual karabakh

İtaliya Fələsitin dövlətini tanıdı

27 Fev, 2015
19:52
1581

İtaliya Fələsitin dövlətini tanıdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu qərar İtaliya-İsrail münasibətlərinə mənfi təsir edə bilər.

Fevralın 27-də İtaliya parlamenti Fələstin dövlətinin tanınması haqqında qərar qəbul edib. 

Oxu.Az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, 300 deputat qərarın lehinə, 45 nəfər əleyhinə səs verib.

Qərar layihəsini parlamentə hakim Demokrat Partiyası təqdim edib. Avropanın bir sıra ekspertləri bildirirlər ki, bu, İtaliya-İsrail münasibətlərinə mənfi təsir edə bilər. 

Avropa ölkələrindən Fələstini dövlət kimi ilk tanıyan ölkə İsveç olub. 

2012-ci ildə isə BMT Baş Assambleyası Fələstinin dövlət olduğunu rəsmiləşdirib. 

Bundan sonra Fransa, İspaniya, Böyük Britaniya və İrlandiya Fələstini müstəqil dövlət kimi tanıyıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri