30 
Mar
2015
22:32
76
29
2201
Virtual karabakh

ABŞ Milli Təhlükəsizlik Agentliyinin qarşısında atışma olub: Ölən və yaralanan var

30 Mar, 2015
22:32
2201

ABŞ Milli Təhlükəsizlik Agentliyinin qarşısında atışma olub: Ölən və yaralanan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobildə qadın libası geyinmiş iki kişi olub.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) mənzil-qərargahının girişi qarşısında baş vermiş atışma nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

Oxu.Az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.
 
Məlumata görə, MTA-nın Merilend ştatının Fort Mid şəhərində yerləşən binasının mühafizəsini həyata keçirən polis əməkdaşları qurumun girişindəki darvazanı qırıb keçməyə cəhd edən avtomobilə atəş açıblar. NBC telekanalının məlumatına görə, avtomobildə qadın libası geyinmiş iki kişi olub. Sonradan polis avtomobilin salonunda narkotik maddələr və silah da aşkarlayıb.
 
Faktla bağlı polis araşdırma aparır.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri