25 
Apr
2015
21:41
397
29
6060
Virtual karabakh

Davudoğlu: Xocalıdakı soyqırımın hesabını versinlər

25 Apr, 2015
21:41
6060

Davudoğlu: Xocalıdakı soyqırımın hesabını versinlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Başımızı verərik, lakin baş əymərik”.

Öz paytaxtlarında əyləşib Türkiyə əleyhinə qərar çıxaranlar, Qafqazda təcridə, soyqırıma məruz qalan, qaçıb Anadoluya gələn abxazların, çeçenlərin, axısxa türklərinin, gürcülərin taleyindən danışsınlar.

Bir gecədə qatarlara mindirilib gözəl yurdları Axısxadan Sibirə sürgün edilənlərin, tatarların hesabını versinlər. Balkan yarımadasında, Srebrenitsadakı soyqırımların hesabını versinlər. Xocalıdakı soyqırımın hesabını versinlər.

Oxu.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) təbliğat kampaniyası çərçivəsində çıxışı zamanı bildirib.

Davudoğlu qeyd edib ki, Türkiyə arxivlərini açmağa hazırdır.

“Kim bizimlə danışmaq istəsə, danışarıq. Lakin bizə yuxarıdan baxana biz də yuxarıdan cavab verərik. Çanaqqalada olduğu kimi, başımızı verərik, lakin baş əymərik”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri