10 
May
2015
10:30
34
83
1176
Virtual karabakh

İran sanksiyaların ləğvindən sonra neft hasilatını artıracaq

10 May, 2015
10:30
1176

İran sanksiyaların ləğvindən sonra neft hasilatını artıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gündəlik neft hasilatı 4 milyon barelədək artırıla bilər.

İran sanksiyaların bu il ləğv ediləcəyi təqdirdə iki ildən sonra neftin hasilatını gündəlik 5,7 mln barelədək artırmağa hazırdır.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft naziri Bijan Namdar Zanqane bildirib.    
 
“İran sanksiyaların ləğvindən 8 ay sonra gündəlik neft hasilatını 4 mln barelədək artıra bilər. Sanksiyaların bu il ləğv ediləcəyi təqdirdə isə İran artıq 2018-ci ildə neftin hasilatını gündəlik 5,7 mln barelədək artıra bilər”, deyə nazir bildirərək, qeyd edib ki, neft hasilatının həcminin çoxalacağı təqdirdə onun ixracı Avropa bazarının yox, Asiya bazarının hesabına artacaq.  
 
Zanqenenin sözlərinə görə, İran ümid edir ki,  OPEK İranın ixrac bazarında iddia etdiyi paya hüququnu təmin etmək üçün üzv ölkələrin neft hasilatını nizamlayacaq.   

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri