25 
May
2015
09:58
19
287
5577
Virtual karabakh

Hindistanda anomal istiliyin qurbanlarının sayı 500 nəfərə çatdı - YENİLƏNİB

25 May, 2015
09:58
5577

Hindistanda anomal istiliyin qurbanlarının sayı 500 nəfərə çatdı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

+48 dərəcə.

Hindistanın cənubunda tüğyan edən həddən artıq isti hava şəraiti 165 insanın həyatına son qoyub. Bu barədə Times of India bildirib.

Oxu.Az xəbər verir ki, qeyd edildiyi kimi, gün vurmasından zərərçəkənlərin sayı 500 nəfərə çatıb.

Hindistanın meteoroloji xidmətindən verilən məlumata əsasən, ən yüksək hava temperaturu Andxra-Pradeş ştatının Maçilipatnam və Tuni şəhərlərində qeydə alınıb. Bu şəhərlərdə hava temperaturu +48 ºC olub.  

Cənub ştatlarının hakimiyyəti sakinlərə təhlükəsizlik tədbirlərinə riayət etməyi və küçəyə çıxmamağa çalışmağa çağırıblar.

24 may

Hindistanda son bir neçə gün ərzində 335 nəfər anomal istilərin qurbanı olub. 

Oxu.Az The Times of India-ya istinadən xəbər verir ki, sinoptiklərin proqnozuna əsasən havanın temperaturu yüksəlməlkdə davam edəcək.. 

Məlumata əsasən, ən qızmar hava Hindistanın cənub ştatlarında – Andxra-Pradeş və Telanqanada qeydə alınıb. Burada havanın temperaturu normanı 5-7 dərəcə keçərək, 48 dərəcəyə yüksəlib. 

Təkcə bir gün ərzində, 23 may, bu ştatlarda 135 nəfər ölüb - onların əksəriyyəti fəhlədir. 

Bir çox rayonlarda müşahidə olunan su çatışmamazlığı vəziyyəti dahada çətinləşdirir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri