24 
May
2015
15:17
12
250
3836
Virtual karabakh

Gürcüstanda Ermənistan vətəndaşı avtomobillə 4 azərbaycanlını vurub

24 May, 2015
15:17
3836

Gürcüstanda Ermənistan vətəndaşı avtomobillə 4 azərbaycanlını vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hadisə yerinə polis və ekspertlər, təcili yardım maşını gəlib.

Mayın 23-də saat 22 radələrində Gürcüstanın Ermənistanla sərhədində yerləşən, azərbaycanlıların kompakt yaşadığı Sadaxlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, Sadaxlı kəndi ilə həmsərhəd olan Ermənistanın Baqrataşen kəndinin sakini Narek Yesoyan idarə etdiyi “Mercedes-E Class” markalı avtomobillə 4 azərbaycanlını vurub. Daha sonra onun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Sadaxlı kənd sakini Emil İlyasovun BMW markalı maşınına çırpılıb, BMW isə digər maşınla toqquşub.
 
Hadisə yerinə polis və ekspertlər, təcili yardım maşını gəlib.
 
Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Sadaxlı sakinləri Murtuzəli Qurbanov, Ruslan Fətəlov, Ramin Fətəlov və Elmar Mahmudov Marneuli xəstəxanaya yerləşdiriliblər.
 
Sadaxlı sakinlərinin  bildirdiklərinə görə, N. Yesoyan Baqrataşen kənd orta məktəbinin direktorunun oğlu, həmin məktəbin müəllimidir. Sakinlərin sözlərinə görə, o, avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.
 
Hadisəni törədən N. Yesoyan artıq polis tərəfindən saxlanılıb, araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri