24 
May
2015
17:53
24
301
3098
Virtual karabakh

İrlandiyalılar eynicinsli nikaha “hə” dedilər

24 May, 2015
17:53
3098

İrlandiyalılar eynicinsli nikaha “hə” dedilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dublində bu münasibətlə bayram tədbirləri keçirilib.

İrlandiyada mayın 22-də keçirilmiş referendumda eynicinsli nikahların tərəfdarları qələbə qazanıb. 

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı RTE telekanalı yayıb.

Məlumata əsasən, əhalinin 62 faizi (1,2 milyon nəfərdən çox) eynicinsli nikahların rəsmiləşdirilməsini dəstəkləyib. Qərarın əleyhinə 743, 3 min insan - referendum iştirakçılarının 37,9 faizi səs verib. 
 
Beləliklə, İrlandiya ümumxalq səsvermə yolu ilə eynicinsli nikahları rəsmiləşdirən rəsmi olaraq ilk ölkə olub. Bu vaxtadək Aİ-də analoji qərarlar  parlament səviyyəsində qəbul olunurdu.    

Öllkənin paytaxtı Dublin şəhərində bu münasibətlə bayram tədbirləri keçirilib.
 
Qeyd edək ki, eynicinsli nikahlar artıq Belçika, Danimarka, İspaniya, Niderland, Portuqaliya, Fransa, İsveç və Böyük Britaniyanın bir neçə bölgəsində leqallaşdırılıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri