11 
Sen
2017
11:31
232
66
13376
Virtual karabakh

Azərbaycanlı qadın və uşaqların da olduğu 1400-dən çox İŞİD-çi əsir düşdü – VİDEO

11 Sen, 2017
11:31
13376

Azərbaycanlı qadın və uşaqların da olduğu 1400-dən çox İŞİD-çi əsir düşdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraq ordusu Mosulda İŞİD terror təşkilatının tərkibində olan döyüşçülər, onların yoldaşları və uşaqlarının da olduğu 1400 nəfəri əsir götürüb.

Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, iraqlı səlahiyyətlilər saxlanılan şəxslərin böyük bir qisiminin Türkiyə, Tacikistan, Azərbaycan və Rusiyadan gəldiyini ifadə edir. Asiyadan, Fransadan və Almaniyadan da az sayda əsir var.

Norveçli Sığınacaq Düşərgəsi sözçüsü Melani Marxam mövzu ilə əlaqədar bunları söyləyib: “Onların vəziyyəti çox pisdir. Biz onların, su, qida və sığınacaq kimi təməl ehtiyaclarını qarşılayırıq. Buradan çölə çıxmalarına icazə verilmədiyi üçün onların gələcəyi naməlumdur. Biz İraq hökumətinin əsas insan hüquqlarına hörmət göstərərək, ən qısa zamanda onların gələcəyi ilə bağlı qərar verməsini gözləyirik”.

İŞİD terrorçularının ailələrinin böyük bir hissəsi Mosulun şərqindəki bu düşərgəyə 30 avqustdan sonra gəlib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri