17 
İyn
2015
07:12
31
234
9234
Virtual karabakh

Süleyman Dəmirəl vəfat etdi

17 İyn, 2015
07:12
9234

Süleyman Dəmirəl vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

91 yaşında.

Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl dünyasını dəyişib. 

Oxu.Az xəbər verir ki, 91 yaşlı siyasətçi yerli vaxtla saat 02:05-də (Bakı vaxtıyla 04.05) nəfəs yolu infeksiyası və ürək çatışmazlığından vəfat edib. 

Görkəmli siyasi xadim, təcrübəli mühəndis Süleyman Dəmirəl 1924-cü ildə Türkiyənin İsparta şəhərində anadan olub. 

Müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş naziri, 1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışıb. 1975-1980-cı illərdə o, fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışmağa başlayıb.

1980-cı ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarılıb, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırılıb. 1987-ci ildən o, "Doğru yol" partiyasının rəhbəri seçilib.

1990-1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunub, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilib. Dövlət başçısı illərində Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikası ilə səmimi, mehriban əlaqələr yaratmaqda seçilib.

Allah rəhmət eləsin!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri