İyl
2015
17:25
25
92
5165
Virtual karabakh

Planlaşdırılmamış hamiləliyə görə cərimə

3 İyl, 2015
17:25
5165

Planlaşdırılmamış hamiləliyə görə cərimə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin şirkətindən yenilik.

Çində yerli şirkətlərdən biri əməkdaşların hamilə qalmaq üçün icazə almalarını, əks təqdirdə onların cərimə edilməsini istəyir.

Oxu.Az “Qazeta”ya istinadən xəbər verir ki, bu barədə “Business Insider” məlumat verib.

Müəssisənin adı çəkilmir.

“Yalnız şirkətdə bir ildən artıq müddət ərzində çalışan ailəli xanımlar, hamiləlik və doğuş planlamaq üçün təqvimdə yer üçün ərizə verə bilərlər”, Tszyaotzo (Henan əyaləti) şəhərindən olan kredit koorporativinin reqlamentində deyilir.

Qaydalarda qrafik razılaşdırıldıqdan sonra əməkdaşların ona ciddi şəkildə riayət etməsi vurğulanır.

“Bu plandan kənar hamilə qalanlar isə 1000 yuan (161 dollar) məbləğində cərimə ediləcəklər”, - sənəddə qeyd edilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri