İyl
2015
21:37
56
121
2450
Virtual karabakh

Gürcüstan Rusiyadan vətəndaşlarının kütləvi qovulduğuna görə təzminat tələb edir

3 İyl, 2015
21:37
2450

Gürcüstan Rusiyadan vətəndaşlarının kütləvi qovulduğuna görə təzminat tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva ittihamları qəbul etməyib.

Rəsmi Tiflis Moskvadan 2006-cı ildə Gürcüstan vətəndaşlarının Rusiyadan kütləvi qovulduğuna görə 70,3 milyon avro təzminat tələb edib.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, Gürcüstan Ədliyyə nazirliyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bu barədə məktub ünvanlayıb.

Sənəd 3 iyul 2014-ci il tarixli "Gürcüstan Rusiyaya qarşı" adlı Strasburq məhkəməsinin qərarına əsaslanır. Həmin zaman Avropa Məhkəməsi Rusiyanı 2380 gürcü miqrantının ölkədən çıxarılması ilə Avropa Konvensiyasının insan hüquqları üzrə maddələrini pozmasında ittiham etmişdir. Məhkəmə Rusiyanı Gürcüstana ikincinin sərbəst şəkildə təyin edəcəyi təzminatı ödəməyə məhkum etmişdir.

Moskva ittihamları qəbul etməyib və bütün iddiaları qəbuledilməz hesab edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri