İyl
2015
09:19
15
138
5867
Virtual karabakh

Moskvada erməni 16 yaşlı məktəblini pəncərədən atdı - VİDEO

7 İyl, 2015
09:19
5867

Moskvada erməni 16 yaşlı məktəblini pəncərədən atdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“O, qız ilə birgə yaşayırdı”.

İyulun 6-da səhər saatlarında Moskvanın cənubunda yaşayış binalarının birində dəhşətli hadisə baş verib. 

Oxu.Az “Life News”a istinadla xəbər verir ki, kişi 7-ci mərtəbədən 16 yaşlı məktəblini, daha sonra isə iti atıb. 

Qız və it möcüzə nəticəsində sağ qalıblar. Məktəbli qazon üzərinə düşüb, it isə budaqlara ilişib və maşınların yanına düşüb. 

İnsidentin şahidləri yaxınlıqdan təsadüfü keçənlər olub. Onlar dərhal məktəbli üçün təcili tibbi yardım çağırıblar, iti isə veterinar klinikaya aparıblar. Bu yardım olmasaydı, zərər çəkənləri xilas etmək mümkün olmazdı. 

Hazırda xəsarət alan qız ağır vəziyyətdə reanimasiyadadır.  Onun çox saylı sınıqları və daxili orqanlarının zədələri var. Həkimlər hələlik heç bir proqnoz vermirlər. 

Ağır cinayətdə şübhəli bilinən saxlanılıb. Saxlanma zamanı kişi olduqca sərxoş olub bə praktiki olaraq heç nə izah edə bilməyib. 

REN-TV kanalının məlumatına əsasən, saxlanılan şəxs Ermənistandan gəlib. O, məktəbli və anasının yaşadığı mənzildə otaq kirayələyirdi. Onun sözlərinə görə, “qız özü pəncərədən yıxılmaq istəyib”.  

Bununla belə qonşular iddia edirlər ki, şübhəli şəxs qıza vurulubmuş. 

“Biz bilirik ki, qızın anasının evə buraxdığı kirayəşin qız ilə birgə yaşayıb. Biz bununla bağlı nəsə etmək istəyirdik, kiməsə bu barədə demək istəyirdik”, - Yelena adlı qonşu danışıb. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri