19 
Mar
2024
01:22
25
69
1962
Virtual karabakh

“Telegram” 330 milyon dollarlıq istiqraz buraxıb

19 Mar, 2024
01:22
1962

“Telegram” 330 milyon dollarlıq istiqraz buraxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Telegram” ötən həftə mesencerin genişlənməsinə dəstək üçün 330 milyon dollarlıq (561 milyon manat) istiqraz buraxıb.

Bu barədə mesencerin yaradıcısı Pavel Durov məlumat verib.

“Keçən həftə biz “Telegram”ın sürətlə genişlənməyə davam etməsini təmin etmək üçün 330 milyon dollarlıq istiqraz buraxdıq”, - deyə Durov “Telegram” kanalında yazıb.

O qeyd edib ki, istiqrazlara tələb təklifi üstələyib və şərtlər şirkət üçün əlverişli olub.

Qeyd edək ki, “Telegram” bir çox formatda mesajlar və media faylları mübadiləsinə imkan verən mesencerdir. Layihə 2013-cü ildə “VKontakte” sosial şəbəkəsinin yaradıcısı Pavel Durov tərəfindən yaradılıb.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri