18 
İyn
2017
18:44
235
85
5191
yuxarı
Amerikanın itkin düşmüş 7 hərbçisi ölü tapılıb – VİDEO
18 İyn, 2017
18:44
5191
235
85
Amerikanın itkin düşmüş 7 hərbçisi ölü tapılıb – VİDEO
ABŞ-ın “Fitzgerald” esminesinin Filippinin ticarət gəmisi ilə toqquşma zamanı itkin düşmüş dənizçiləri ölüblər, onların meyitləri gəminin su altında qalan hissəsindən tapılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 7-ci donanması məlumat yayıb.
Bundan əvvəl insident nəticəsində 3 nəfərin yaralandığı, 7 nəfərin itkin düşdüyü bildirilirdi.
Hadisə şənbə günü səhər baş verib. Yaponiyanın Sidzuoka perfekturasının Simoda limanının dənizdə təhlükəsizlik xidmətinə sahildən 20 kilometr aralıda Amerikanın “USS Fitzgerald” (Uzunluğu 154 metr, tonnajı 8,3 min ton) və Filippinin “ACX Crystal” konteyner gəmisinin (Uzunluğu 222,6 metr, su basımı 29 min ton) toqquşması barədə məlumat daxil olub.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək