28 
Mar
2024
23:48
10
148
1748
Virtual karabakh

Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB

28 Mar, 2024
23:48
1748

Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konqo Demokratik Respublikasının (KDR) şərqində silahlı qarşıdurmaların artması dağıdıcı səviyyəyə çatıb.

Bu barədə BMT-nin KDR-dəki missiyasının məlumatında deyilir.

“Şimali Kivu, Cənubi Kivu və İturi əyalətlərində iki ildir davam edən münaqişə səbəbindən 5,7 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. Fevralın 7-də döyüşlər başlayandan Masisi bölgəsində 300 min insan Qoma şəhəri ətrafındakı ərazilərə qaçıb”, - məlumatda bildirilir.

Qeyd olunur ki, döyüşlərdə ağır artilleriyadan istifadənin artması xüsusilə narahatedicidir. Ümumilikdə, 25,4 milyon insanın köməyə ehtiyacı var.

KDR-in şərqində vəziyyət son vaxtlar ciddi şəkildə pisləşib. BMT-nin KDR-dəki sülhməramlı kontingenti üsyançıların hücumunu dəf etməkdə hökumət ordusuna kömək edir. Məqsəd üsyançıların Sake və Qoma mühüm strateji mərkəzlərinə irəliləyişini dayandırmaqdır. Bununla yanaşı, Rutşuru bölgəsində silahlılar bir neçə yaşayış məntəqəsini ələ keçiriblər.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri