29 
Mar
2024
23:50
15
97
2113
Virtual karabakh

Ermənistan xalqı iqtisadiyyatın xilasını öz üzərinə götürür: “Bu, Paşinyanın intiharıdır”

29 Mar, 2024
23:50
2113

Ermənistan xalqı iqtisadiyyatın xilasını öz üzərinə götürür: “Bu, Paşinyanın intiharıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 30-da İrəvanda Ermənistan-BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika dövlətlərarası birliyi) birinci beynəlxalq forumu keçiriləcək və burada respublika ilə assosiasiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunacaq.

Forumun keçirilməsi təşəbbüsü ilə ölkənin rəsmi orqanları deyil, yerli ictimai təşkilatlar çıxış ediblər. Forum bu il BRİKS-ə sədrlik edən Moskva ilə İrəvan arasında gərgin münasibətlər fonunda baş tutacaq.

Bununla bağlı NEWS.ru nəşrində dərc edilən materialda Ermənistan xalqının niyə Rusiya ilə əlaqələri qoruyub saxlamağa və inkişaf etdirməyə çalışdığı, hakimiyyət orqanlarının isə bu münasibətləri hər cür yolla pozmağa cəhd göstərməsi haqqında danışılıb.

Ermənistan-BRİKS forumunun press-relizində bildirilib ki, tədbirin əsas məqsədi respublikanın iqtisadi inkişafı üçün yeni yollar tapmaq olacaq. Təşkilatçıların fikrincə, qloballaşma şəraitində Ermənistan iqtisadi və xarici siyasət əlaqələrini diversifikasiya etməlidir. Bu kontekstdə onlar BRİKS-i ölkə iqtisadiyyatının inkişafı üçün əsas tərəfdaş kimi nəzərdən keçirirlər. Bu il forum ilk dəfə keçirilir və hazırda Rusiya birliyin sədri vəzifəsini icra edir.

“Ermənistan və BRİKS arasında keçirilən birinci beynəlxalq forum Ermənistanın dünya iqtisadi birliyinə fəal şəkildə inteqrasiya etmək və beynəlxalq əlaqələri gücləndirmək istəyini vurğulayır. Tədbir əməkdaşlığın üfüqlərinin genişləndirilməsi, qarşılıqlı inkişaf və tərəqqi üçün yeni perspektivlərin açılması istiqamətində bir addımdır”, - deyə forumun təşkilat komitəsinin sədri Mqer Avetisyan bildirib.

Forum Rusiya-Ermənistan İşgüzar Şurasının dəstəyi ilə keçirilir.

NEWS.ru-nun sualını cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova forumun qeyri-hökumət strukturları tərəfindən təşkil olunduğuna diqqət çəkib. Onun sözlərinə görə, bu onu deməyə əsas verir ki, İrəvanda vətəndaş cəmiyyəti digər ölkələrlə, xüsusən də Rusiya ilə əlaqələrin qurulmasında maraqlıdır. Eyni zamanda Zaxarova Qərbə üz tutan rəsmi İrəvanın mövqeyini də xatırladıb.

“Onlar təzəcə inkişaf tempini götürən və “demokratik tranzitdə”ki inkişaf etməkdə olan dövlətlərin daxili həyatına, iqtisadi layihələrinə daxil olurlar”, - deyə Zaxarova bildirib.

Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Paşinyanın siyasəti ilə bağlı açıqlama verib. O qeyd edib ki, Ermənistan rəhbərliyi uydurma bəhanələrlə bilərəkdən işi “Rusiya ilə münasibətlərin pozulmasına” gətirib çıxarır. Lakin onun fikrincə, respublikanın Qərblə yaxınlaşması, əksinə, Cənubi Qafqazda vəziyyətin sabitliyinin pozulmasına səbəb olacaq.

Rusiya Xarici İşlər Nazirliyi martın 29-da yaydığı bəyanatda qeyd edib ki, Avropa Birliyinin boş vədlərinə əməl edərək, Ermənistan sakinləri “əliboş qalmaq” təhlükəsi ilə üzləşirlər.

“Rusiya qazından imtina edərək öz iqtisadiyyatlarını məhv edən Aİ və NATO-dan olan məsləhətçilər eyni çıxılmaz yolu ermənilərə təlqin edirlər, əlavə olaraq onları real nüvə enerjisini formalaşmamış bərpa olunan enerji ilə mübadilə etməyə sövq edirlər”, - deyə Rusiya XİN-dən qeyd edilib.

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçev NEWS.ru-ya bildirib ki, Ermənistandakı vəziyyət ölkənin elitasının və sadə xalqının bir-birindən maksimal qədər uzaqlaşmasına tipik nümunədir. Onun sözlərinə görə, belə bir prosesin nəticəsi həmişə eynidir - milli fəlakət, Paşinyan da ölkəni buna aparır.

Xatırladaq ki, martın 27-də Ermənistanın müxalif Demokratik Partiyasının lideri Aram Sarqsyan Ermənistanın mövcud hakimiyyətinə qarşı etiraz aksiyalarının keçiriləcəyini bəyan edib. Onun əleyhdarları 100 bənddən ibarət dörd səhifəlik sənəd təqdim ediblər ki, sənəddə Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası ilə bağlı əsas tələblər ifadə olunub.

“Aprelin 10-na kimi tələbimiz yerinə yetirilməsə, vətəndaş itaətsizliyi aktları başlayacaq”, - deyə Sarqsyan bildirib. O, eyni zamanda xalqın böyük dəstəyi olduğunu da bəyan edib.

NEWS.ru ilə söhbətində Sarqsyan deyib ki, Paşinyan və komandası Qərbə doğru tam istiqamət götürüblər. Onun sözlərinə görə, indiki hakimiyyətə heç kim Rusiya ilə müttəfiqlik münasibətlərindən imtina etmək mandatını verməyib.

Aram Sarqsyan qeyd edib ki, Moskvadan uzaqlaşmaq Paşinyan üçün “əsl intihara” gətirib çıxaracaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri