16 
Apr
2024
12:36
7
73
2128
Virtual karabakh

Çəkiliş zamanı Alek Bolduinin operatoru güllələməsi ilə bağlı işdə ilk hökm oxundu - FOTO

16 Apr, 2024
12:36
2128

Çəkiliş zamanı Alek Bolduinin operatoru güllələməsi ilə bağlı işdə ilk hökm oxundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Nyu-Meksiko ştatının hakimi “Rust” (“Pas”) filminin çəkiliş meydançasında silahlara cavabdeh olan Hanna Qutyerres-Ridi ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə 18 ay həbs cəzasına məhkum edib.

Rekvizitçi ona qarşı irəli sürülən ittihamlara görə ən yüksək cəzaya məhkum edilib. Hakim hökmü elan edərək qeyd edib ki, müttəhim çəkiliş meydançasında istifadə edilən silahlara görə məsuliyyət daşısa da, baş verənlərdən peşman olmayıb.

Məhkəmə zamanı prokurorlar Hannanın telefon zənglərini həbsxanadan dinlədiklərini bildiriblər. Onların sözlərinə görə, qadın anası və vəkilinin köməkçisi ilə söhbətində hakimləri “axmaqlar” adlandırıb.

İttihamçı tərəfin fikrincə, Hanna çəkilişdən əvvəl silahın təhlükəsizliyi yoxlanışını aparmayıb, buna görə də o, silahda altı həqiqi patronun olmasına diqqət etməyib, onları saxta silahdan fərqləndirməyib.

Hannanın vəkili isə qətldə silahdan atəş açan Alek Bolduinin günahkar olduğunu iddia edib və müvəkkilinin “günah keçisi” olduğunu deyib. Müdafiə tərəfinin dediyinə görə, aktyor setdə silahla təhlükəsiz davranma qaydalarına əməl etməyib.

Xatırladaq ki, 2021-ci ildə “Western”in çəkiliş meydançasında Bolduin hazır olan silahdan təsadüfən atəş açıb. Nəticədə operator Qalina Hançins və rejissor Coel Sousa yaralanıblar. Operatorun həyatını xilas etmək mümkün olmayıb.

Yanvar ayında Bolduinə qarşı “ehtiyatsızlıqdan adam öldürmə” ittihamı təsdiqlənib. Onun işinə cari ilin iyul ayında baxılacaq. 

Mənbə: Kommersant

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri