16 
Apr
2024
14:56
271
10
1945
Virtual karabakh

Körpə övladını acından öldürən rusiyalı bloqerə hökm oxunub

16 Apr, 2024
14:56
1945

Körpə övladını acından öldürən rusiyalı bloqerə hökm oxunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Soçi şəhərinin Lazarev Rayon Məhkəməsi tanınmış rusiyalı bloqer Maksim Lyutıya səkkiz il iş kəsib.

Qeyd olunub ki, internetdə qida pəhrizini fəal şəkildə təbliğ edən bloqerin 2023-cü ilin fevralında oğlan uşağı dünyaya gəlib.

Bloqer heç vaxt körpəni qeydiyyat şöbəsində və ya uşaq klinikasında qeydiyyata aldırmayıb.

Bundan əlavə, o, bir ay ərzində körpəni üç dəfə anadan alıb və uşağa qida verməkdən imtina edib. M.Lyutının qida pəhrizini yeni doğulmuş övladı üzərində sınaqdan keçirdiyi bildirilir.

Yeni doğulan körpənin səhhəti pisləşəndə ​​cütlük onu xəstəxanaya aparsa da, körpə yolda dünyasını dəyişib.

Mənbə: Rbc.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri