17 
Apr
2024
03:09
276
29
1949
Virtual karabakh

Türkiyə rekord sayda turist qəbul edəcək

17 Apr, 2024
03:09
1949

Türkiyə rekord sayda turist qəbul edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir”.

Bunu Türkiyənin Türkmənistandakı səfiri Əhməd Dəmirok deyib.

“Dünya Turizm Təşkilatının məlumatına görə, Türkiyə 2022-ci ildə 50 milyondan çox turisti qəbul edərək, dünyada dördüncü sırada yer alıb. 2023-cü ildə 56,7 milyon turisti qəbul edən ölkə 54,3 milyard dollar gəlir əldə edərək, rekorda imza atıb. Bu il yeni rekordlar vurmağı planlaşdırırıq: 60 milyon turist və 60 milyard dollar gəlir”, - deyə Ə.Dəmirok Aşqabadda Türkiyənin turizm sənayesinin potensialına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu gün Türkiyənin hər bölgəsində dörd mövsüm ərzində müxtəlif turizm tədbirləri təşkil edilə bilər və ölkənin inkişaf etmiş infrastrukturu ona çoxlu sayda ziyarətçi qəbul etməyə imkan verir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri