17 
Apr
2024
01:02
97
26
1500
Virtual karabakh

Qazaxıstanda xüsusi rejim tətbiq edilib

17 Apr, 2024
01:02
1500

Qazaxıstanda xüsusi rejim tətbiq edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev irimiqyaslı daşqınlarla əlaqədar dövlət vəsaitlərinə qənaət rejimi tətbiq etmək və qənaət edilmiş vəsaitin yardım məqsədi ilə təbii fəlakətdən zərər çəkənlərə yönəltmək qərarına gəlib.

Bu barədə dövlət başçısının mətbuat xidməti onun Kostanay vilayətinin sakinləri ilə görüşündən sonra məlumat verib.

“Prezident dövlət vəsaitlərinin vətəndaşlara göndərilməsi üçün qənaət rejimi tətbiq etmək qərarına gəldiyini bildirib, həmçinin bütün zərərçəkənlərə lazımi yardım göstəriləcəyini söyləyib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Qazaxıstanda daşqınlar başlayandan 5 411 fərdi yaşayış binası və 1607 həyətyanı sahə su altındadır. Daşqınlar səbəbindən Qazaxıstanın səkkiz regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan olunub. Xilasetmə işlərinə 35 mindən çox insan, dörd min texnika və 17 təyyarə cəlb olunub.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri