17 
Apr
2024
10:06
133
1
1834
Virtual karabakh

Çempionlar Liqası: “Mançester Siti” “Real”la üz-üzə gələcək

17 Apr, 2024
10:06
1834

Çempionlar Liqası: “Mançester Siti” “Real”la üz-üzə gələcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, gecənin maraqlı oyunlarından biri İngiltərədə keçiriləcək.

“Etihad” stadionunda baş tutacaq matçda “Mançetser Siti” İspaniya nəhəngi “Real”la üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə yekunlaşıb.

“Bavariya” - “Arsenal” matçı gecənin növbəti dueli olacaq. Londonda 2:2 hesabı ilə bərabərə qalan kollektivlər cütün taleyinə “Alyans Arena”da aydınlıq gətirəcəklər.

Qeyd edək ki, bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

17 aprel

23:00. “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya)

Baş hakim: Daniele Orsato (İtaliya).

Mançester, “Etihad” stadionu.

İlk oyun – 3:3.

23:00. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə)

Baş hakim: Danni Makkeli (Niderland).

Münhen, “Alyans Arena”.

İlk oyun – 2:2.

Xatırladaq ki, yarımfinal oyunlarının ilk cütlüyü artıq məlum olub. Bu mərhələdə Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) klubları üz-üzə gələcəklər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri