17 
Apr
2024
17:28
121
27
568
Virtual karabakh

Rusiya XİN estoniyalı diplomatı ölkədən çıxarıb

17 Apr, 2024
17:28
568

Rusiya XİN estoniyalı diplomatı ölkədən çıxarıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Xarici İşlər Nazirliyi (XİN) cavab tədbiri olaraq estoniyalı diplomatı ölkədən çıxarıb.

Bu barədə idarənin saytında yerləşdirilən məlumatda bildirilib.

Qeyd olunur ki, bununla bağlı Estoniyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Yana Vanamelder nazirliyə çağırılıb. Martın 19-da Rusiyanın Tallindəki səfirliyindəki diplomatın “persona non grata” elan olunmasına görə ona kəskin etiraz edilib.

Rusiya XİN estoniyalı diplomatı qarşılıqlı prinsip əsasında ölkədən çıxardıqlarını vurğulayıb.

“Estoniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşı Rusiyadan çıxarılır. Estoniya tərəfinə məlumat verilib ki, onun düşmənçilik fəaliyyətinə hər zaman lazımi cavab veriləcək”, - deyə məlumatda bildirilib.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri