20 
Apr
2024
11:23
137
56
1325
yuxarı
Rusiyanın Tümen vilayətində daşqın təhlükəsi: Suyun səviyyəsi 77 ildən sonra kritik həddi keçdi - FOTO
20 Apr, 2024
11:23
1325
137
56
Rusiyanın Tümen vilayətində daşqın təhlükəsi: Suyun səviyyəsi 77 ildən sonra kritik həddi keçdi - FOTO
Rusiyanın Tümen vilayətindəki İşim çayında suyun səviyyəsi kritik həddi keçərək 861 sm təşkil edib.
Bu barədə şəhər administrasiyasının “Telegram” kanalında məlumat verilib.
Məlumata görə, suyun səviyyəsi yüksəlməkdə davam edir. Şəhər hakimiyyəti körpülərin və torpaq sahələrinin su altında qala biləcəyi, həmçinin nəqliyyatda problemlərin yarana biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Şəhər qubernatoru Aleksandr Moor 1947-ci ildən bəri suyun belə yüksək səviyyəsinin müşahidə edilmədiyini bildirib və insanların təhlükəli ərazilərdən təxliyə edilməsinin prioritet məsələ olduğunu vurğulayıb.
Mənbə: RBC.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək