22 
Apr
2024
23:04
244
30
14939
yuxarı
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr, 2024
23:04
14939
244
30
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
“Qarabağdan çıxan Rusiya sülhməramlılarının karvanı Ermənistanın Sünik rayonunun Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
“Ermənistan hökuməti vaxtilə Rusiyanın sülhməramlı birləşmələri Qarabağa gəldikdə onlar üçün müvəqqəti yerləşdirmə məntəqələri ayırıb. İndi Qarabağdan çıxan sülhməramlılar həmin məntəqələrə qayıdıblar. Rusiya sülhməramlı qoşunları Qarabağı tərk edir. Təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Odur ki, hazırda həmin məntəqələrin bağlanması üzrə iş gedir. Sülhməramlıların bir qismi məhz bu məntəqələrin sökülməsi üçün ora qayıdıblar”, - deyə Qriqoryan deyib.
Mənbə: TASS
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək