23 
Apr
2024
12:20
93
3
872
Virtual karabakh

ABŞ senatoru soyğunçuluğa görə həbs edilib

23 Apr, 2024
12:20
872

ABŞ senatoru soyğunçuluğa görə həbs edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Minnesota ştatının senatoru və keçmiş yerli televiziya meteoroloqu Nikol Mitçell Detroyt-Leyksdə soyğunçuluqda şübhəli bilinərək həbs olunub.

Hadisə barədə zərərçəkmiş polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Mitçelli həbs ediblər. Polis və prokurorluq hadisə barədə açıqlama verməyib. Həbslə bağlı hələlik ittiham irəli sürülməyib.

Qeyd olunub ki, Mitçellin ötən ay dünyasını dəyişən atası cinayətin törədildiyi eyni blokda yaşayıb və hazırda onun ögey anası orada yaşayır.

Mitçell 2022-ci ildə şəhərətrafı Sent-Pol rayonundan Senata seçilməzdən əvvəl ABŞ ordusunda, eləcə də “KSTP-TV” və Minnesota İctimai Radiosunda meteoroloq kimi çalışıb. O, hələ də Milli Hava Qvardiyasında polkovnik-leytenant kimi çalışır və meteorologiya bölməsinə rəhbərlik edir.

Mənbə: Associated Press

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri