30 
İyl
2015
21:23
21
302
5130
Virtual karabakh

Daha 3 türk əsgəri şəhid oldu

30 İyl, 2015
21:23
5130

Daha 3 türk əsgəri şəhid oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə ordusu hücuma hazırlaşır.

Kürd Fəhlə Partiyasının (PKK) silahlıları Türkiyənin cənub-şərqində Şirnak vilayətində hərbi konvoya hücum ediblər. Hücum zamanı 3 türk əsgəri şəhid olub.

Bu barədə Oxu.Az BBC News-a istinadən xəbər verir.

Türkiyə ordu komandanlığı bildirib ki, türk əsgərlərinin qanı yerdə qalmayacaq. Kürd mövqelərinə cavab zərbələri zamanı pilotsuz uçuş apparatları, helikopterlər və kəşfiyyat-diversiya bölmələrindən istifadə ediləcək.

İranın Press TV kanalının məlumatına görə, PKK döyüşçüləri iyulun 29-da Türkiyənin Diyarbakır vilayətində bir polis və bir yerli sakini öldürüblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri