24 
Apr
2024
15:24
32
212
2176
Virtual karabakh

Navalnının dəfn mərasimini keçirən keşişə cəza verildi

24 Apr, 2024
15:24
2176

Navalnının dəfn mərasimini keçirən keşişə cəza verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Patriarxı Kirill müxalif siyasətçi Aleksey Navalnının dəfn mərasimini keçirən keşişin xidmət etməsinə qadağa qoyub.

Müqəddəs Məryəmin Şəfaət Kilsəsinin keşişi Dmitri Safronov üç il müddətinə xidmətdən kənarlaşdırılıb. O, bundan sonra Novıy Vorotnikidəki Müqəddəs Böyük Pimen kilsəsində köməkçi kimi xidmət edəcək, keşişin göstərişlərini yerinə yetirəcək.

Tövbə müddəti başa çatdıqda, Rus Pravoslav Kilsəsi Safronovun sonrakı xidməti ilə bağlı qərar verəcək.

Mənbə: “Gazeta.ru” “Telegram”  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri