25 
Apr
2024
03:47
120
6
1287
Virtual karabakh

İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi

25 Apr, 2024
03:47
1287

İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlon Mask Hindistan və Meksikada yeni “Tesla” fabriklərinin tikilməsi planlarını təxirə salmaq və istehsalı artırmaq üçün mövcud müəssisələrdən daha fəal istifadə etmək qərarına gəlib.

ABŞ elektrik avtomobil istehsalçısı 2024-cü ildə avtomobil istehsalını 2023-cü illə müqayisədə 1,5 dəfə artıraraq təxminən üç milyon ədədə çatdırmağı gözləyir.

Bu yaxınlarda “Tesla” dəyəri iki milyard dollardan üç milyard dollara qədər olan elektrikli avtomobil istehsalı obyektinin tikintisi üçün potensial sahələri qiymətləndirmək üçün ABŞ-dən Hindistana mütəxəssislər qrupu göndərməyi planlaşdırmışdı.

İlon Maskın özü aprelin 21-22-də baş nazir Narendra Modi ilə görüşmək üçün Hindistana gəlməli idi. Lakin səfərə az qalmış iş adamı planlarını dəyişib.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri