25 
Apr
2024
21:02
10
91
734
yuxarı
Filippində festival zamanı 45 nəfər huşunu itirdi
25 Apr, 2024
21:02
734
10
91
Filippində festival zamanı 45 nəfər huşunu itirdi
Filippinin Neqros Oriental əyalətində keçirilən festivalda iştirak edən 45-ə yaxın rəqqasə və tamaşaçı həddindən artıq isti hava şəraiti səbəbindən huşunu itirib.
Məlumata görə, festivalda iştirak edənlərin çoxu hələ rəqs proqramı başlamamış havanın isti keçməsi səbəbindən özlərini pis hiss ediblər.
Bütün zərərçəkənlərə təcili yardım göstərilib.
Qeyd edək ki, bu həftə Filippində həddindən artıq isti hava yaşanıb. Bəzi əyalətlərdə havanın temperaturu 47 dərəcəyə qədər yüksələrək məktəbləri əyani dərsləri dayandırmağa məcbur edib.
Mənbə: TASS
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək