28 
Apr
2024
07:21
20
159
1535
Virtual karabakh

Nigeriyada tıxacda 300-dək avtomobil yandı - VİDEO

28 Apr, 2024
07:21
1535

Nigeriyada tıxacda 300-dək avtomobil yandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb.  Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar.

İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib. Tıxacda digər avtomobillərlə birgə dayanan yanacaq daşıyan tanker alovlanaraq partlayıb. Yaxınlıqda neft emalı zavodu yerləşdiyindən tıxacda çoxlu sayda analoji yük maşınları da olub. Partlayış nəticəsində yaxınlıqdakı bir neçə yanacaq tankeri də alovlanıb və nəticədə alov bir çox avtomobilləri əhatə edib.

Yanğın yalnız bir neçə saatdan sonra söndürülüb. Axtarış-xilasetmə xidmətləri işlərini davam etdirir, qurbanların sayı hələlik məlum deyil.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri