29 
Apr
2024
02:12
27
97
1452
Virtual karabakh

Gürcüstanın keçmiş dövlət naziri aksiyada saxlanılıb - YENİLƏNİB + FOTO/VİDEO

29 Apr, 2024
02:12
1452

Gürcüstanın keçmiş dövlət naziri aksiyada saxlanılıb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksi Petriaşvili Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada polis tərəfindən inzibati qaydada saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

İdarədən bildirilib ki, keçmiş məmur polisə tabe olmadığına görə və xırda xuliqanlıq etdiyi üçün saxlanılıb.

Bundan əlavə, şahidlər şəhərdə vəziyyətin normallaşdığını bildirirlər: etirazçılar tədricən küçələri tərk edirlər.

Gürcüstan xüsusi təyinatlıları da həmçinin əvvəllər tutduqları mövqelərini tərk edirlər. Etirazçılara bir neçə çıxış imkanı verilib.

Daha əvvəl Tbilisidə xüsusi təyinatlılar xarici agentlər haqqında qanuna qarşı mitinqdə iştirak ediblər.

Sonradan məlum olub ki, həkimlər xəsarət alan aksiyaçılara yardım göstərməyə başlayıblar.

01:32

Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz edənlərlə polis arasında toqquşma baş verib.

Parlamentin əsas girişinə toplaşan etirazçılar hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası tərəfdarlarının keçirilməsi planlaşdırılan mitinqi üçün qanunverici orqanın qarşısındakı səhnəyə çıxmağa çalışıblar. Polis onlara bunu etməyə icazə verməyib, bundan sonra dava düşüb.

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları nümayişçilərə qarşı bibər qazından istifadə etməli olublar. Parlamentin qarşısına xüsusi təyinatlılar gəliblər, aksiyanı dağıtmaq üçün su şırnaqları və xüsusi texnika gətirilib. Gürcüstan DİN müraciət yayaraq etirazçıları sakitləşməyə və qanundan kənara çıxmamağa çağırıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri