29 
Apr
2024
12:12
15
151
1378
Virtual karabakh

Qızının aksiyada iştirakına görə saxlanılan iranlı qadına ağır hökm - FOTO

29 Apr, 2024
12:12
1378

Qızının aksiyada iştirakına görə saxlanılan iranlı qadına ağır hökm - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tehranın “Evin” həbsxanasında saxlanılan siyasi məhbus Fərəhnaz Nikxunun işinə yenidən baxılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına istinadla xəbər verib.

Bildirilir ki, Fərəhnaz Nikxu qızının xaricdəki nümayişlərdə iştirakına görə həbs edilib. Bununla belə Tehran İnqilab Məhkəməsi onu “casusluq edərək ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərmək”də ittiham edib və barəsində 10 il müddətinə həbs qərarı çıxarıb.

Qeyd edək ki, o, 2022-ci ilin sonunda ölkəni tərk etmək istəyərkən həbs olunub. Daha sonra isə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Evin” həbsxanasındakı 2A bölməsinə köçürülüb. Yarım ildən çox qohumları onun harada olduğunu bilməyib, bütün həbsxanaları gəzərək Nikxu barəsində məlumat almaq istəyiblər. Nəhayət, yeddi ay sonra siyasi məhbus “Evin” həbsxanasının qadınlar bölməsinə köçürülüb. Ailəsinin sözlərinə görə, onlar Nikxunu tapanda çox arıqlamış və halsız vəziyyətdə olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri