Avq
2015
11:30
45
11
2872
Virtual karabakh

“Koza Nostra”dan 11 nəfər saxlanıldı - VİDEO

4 Avq, 2015
11:30
2872

“Koza Nostra”dan 11 nəfər saxlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cinayətkarlar “pizzini” kağızları vasitəsilə ünsiyyət qururdular.

İtaliya polisi Siciliya adasında “Koza nostra” mafiyasının rəhbəri Matteo Messina Denaronun ətrafından olan 11 nəfəri saxlayıb.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, cinayətkarlar kiçik “pizzini” kağızları vasitəsilə ünsiyyət qururdular. Onlar məktub yazdıqları bu kağızları fermalarda məxfi yerlərdə gizlədir, oxuduqdan sonra isə yandırırdılar.

Onların vasitəsilə Denaro öz köməkçilərinə sərəncamlar verirdi. Polis bəzi fermerlərin bu təcrübədən xəbərdar olduqlarından və mafiozlara yardım etdiklərindən şübhələnirlər. Matteo Messina Denaro İtaliyanın axtarışda olan cinayətkarlarının siyahısında birinci yerdədir. O, 20 ildən artıqdır ki, qaçaqdır.  

Hesab edilir ki, “xaç ataları” Toto Riinanın 1993-cü və Bernardo Proventsanonun 2006-cı ildə həbs olunmalarından sonra məhz o, “Koza nostra”nın lideri olub.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri