Avq
2015
11:55
11
164
5010
Virtual karabakh

Rusiya kəşfiyyatçıları Ermənistanda

4 Avq, 2015
11:55
5010

Rusiya kəşfiyyatçıları Ermənistanda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“300 ədəd xüsusi texnika cəlb edilib”.

Mindən çox rusiyalı kəşfiyyatçı Rusiyanın cənub regionlarında, eləcə də Ermənistanda təlimlərə başlayıblar.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Cənubi hərbi əyalətin (CHƏ) Volqoqrad, Stavropol vilayəti, Şimali Osetiya-Alaniya, Karaçayevo-Çekreksiya və Ermənistanda yerləşən poliqonlarında irimiqyaslı quru təlimləri keçirilir. Kəşfiyyat bölükləri ilə keçirilən təlimlərə 1300 hərbçi, 300 ədəd xüsusi texnika cəlb edilib”, - Cənubi hərbi əyalətin mətbuat xidmətindən bildiriblər.

Təlimlər şərti düşmənin arxasında, hərbi şəraitə maksimal uyğunlaşdırılmış şəraitdə aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri