Avq
2015
13:20
29
70
1655
Virtual karabakh

Qırğızıstan dağlarında üç rusiyalı alpinist həlak oldu

4 Avq, 2015
13:20
1655

Qırğızıstan dağlarında üç rusiyalı alpinist həlak oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onların ölümləri ani olub.

Rusiyadan olan üç alpinist Qırğızıstanın cənubunda Lenin zirvəsi rayonunda həlak olublar.

Oxu.Az xəbər verir ki, “İnterfaks”a bu barədə Müdafiə Nazirliyinin baş qərargahının mətbuat xidmətindən bildiriblər.

Həlak olanların cəsədləri helikopterlərlə təxliyyə edilib və Oş şəhərinə çatdırılıb. Hal-hazırda peratriasiya üçün sənədlər hazırlanır.

Rusiya Alpinizm Federasiyasının saytında hadisənin iyulun 30-da Odessa zirvəsindən (hündürlük 4810 metr) eniş zamanı baş verdiyi qeyd edilib. Məlumatda həlak olanların adları açıqlanıb: Pavel Markovskix, Sergey Şpiz və İlya Poselyaniçev.

Alpinizm klubunun saytında Moskva alpinistlərinin bir sırada getdikləri qeyd edilir. Onların ölümü ani olub. Alpinistlərin həlak olma şəraiti dəqiqləşdirilməyib.

İyunda Qırğızıstanın Ekstremal Turizm və Alpinizm Federasiyasının direktoru Vladimir Boqolyubov hər il ölkəyə dünyadan 15-18 min alpinist və dağ turisti gəldiyini qeyd edib. Hər il 3-5 ölüm hadisəsi qeydə alınır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri