27 
Avq
2015
11:25
92
14
3642
Virtual karabakh

“Əli və Nino” Batumiyə qayıdacaq

27 Avq, 2015
11:25
3642

“Əli və Nino” Batumiyə qayıdacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zərər üçün məsuliyyət şirkətin üzərindədir”.

Avqustun 26-da demontaj zamanı zərər çəkən “Əli və Nino” hərəkət edən heykəli sentyabrın 5-də Batumidə Gürcüstanın Qara dəniz sahilində yeni yerində quraşdırılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Acariya muxtar respublikasının hökumətinin mətbuat xidməti bildirib.

Son illərdə Batuminin vizit kartına çevrilən heykəlin zədələnməsi xəbəri Gürcüstan sosial şəbəkələrində partlayış yaradıb. Şəbəkədə Əlinin Ninosuz şəkli və qəzəbli şərhlər yayılıb. Heykəli Batumi bulvarının 20 metr daxilinə aparmaq üçün tenderi udan şirkətdə zərərin trosun qırılması nəticəsində vurulduğunu bildiriblər.

“Demontaj zamanı heykəlin çəkdiyi zərərə görə bütün məsuliyyət “Arnabi 21” şirkətinin üzərindədir, bu şirkət tenderin şərtlərinə görə işləri həyata keçirir. Zərər elə də böyük deyil və müəllif ilə məsləhətləşmədən sonra az bir zaman ərzində “Əli və Nino”nun yeni yerində sentyabrın 5-i üçün başa çatacaq”, - mətbuat xidmətinin məlumatında bildirilib.

Mətbuat xidməti həmçinin bildirib ki, heykəlin köçürülməsi qərarı bir neçə ay bundan öncə, heykəlin təməlinin zədələndiyi aşkar edildikdən sonra verilib.

Məhəbbət heykəli adlanan “Əli və Nino” heykəlini 2011-ci ildə Batumi bulvarının başlanğıcında quraşdırıblar. Turistlər tərəfindən sevilən heykəlin müəllifi Tamar Kvesitadzedir.

İki nəhəng qadın və kişi fiquru Əli və Ninonu tərənnüm edir – bu, müxtəlif millətlərə və dinlərə aid olan, amma məhəbbətləri, sevgiləri vəziyyətdən üstün olan qız və oğlandır. Heykəlin yaradılmasında gürcü heykəltəraşının ilham mənbəyi Qurban Səidin azərbaycanlı oğlanın gürcü qızına məhəbbətini tərənnüm edən əsəri olub.

Yeddi metrlik heykəllər yalnız öz tarix və ölçüləri ilə yadda qalan deyillər. Hər axşam hər 10 dəqiqədə vəziyyətlərini dəyişərək və birləşənə qədər bir-birinə qarşı irəliləyirlər. Bundan sonra, geri qayıdır və yenidən birləşirdilər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri