22 
Dek
2013
19:42
59
9
5994
Virtual karabakh

Rusiyada polis erməni toyunu dağıtdı – Video

22 Dek, 2013
19:42
5994

Rusiyada polis erməni toyunu dağıtdı – Video

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada xüsusi əməliyyat planı elan edilib.

Rusiyanın paytaxtı Moskvada havaya atəş açan toy korteji barədə məlumat sakinlərdən daxil olub.

Moskvanın Varşava şossesindəki polis əməkdaşları baş vermiş hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün toy kortejini saxlayıblar.

Oxu.Az xəbər verir ki, “İnterfaks”ın hüquq-mühafizə orqanlarındakı mənbəyinin sözlərinə görə, ümumilikdə 15 maşın saxlanılıb. Polis havaya atəş açan şəxsi axtarır.

Life News-un məlumatlarına görə, kortejdəki “Porşe Panamera” markalı avtomobilin baqaj yerindən içində narkotik maddə olduğu güman edilən bükülü aşkarlanıb.

Nikahın qeydiyyatı üçün “ZAQS”a gedən bəy və gəlin də elə həmin “Porşe”də əyləşibmişlər. 

Məlumata görə, bəy və gəlin hadisə ilə əlaqədar nikah bağlaya bilməyiblər.  

Toy iştirakçılarının milliyəti açıqlanmasa da, videodan görünür ki, bəy və gəlinin maşının üzərində Ermənistanın bayrağı var.  

Toy karvanında olan “İnfiniti” və “Qelendvaqen” hadisə yerindən qaçıblar. Hazırda polis avtomobilləri axtarır. Moskvada xüsusi əməliyyat planı elan edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri