31 
Okt
2015
14:09
31
197
14578
Virtual karabakh

Dəhşətli təyyarə qəzasında ölənlərin sayı açıqlandı

31 Okt, 2015
14:09
14578

Dəhşətli təyyarə qəzasında ölənlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar arasında azərbaycanlı soyadı yoxdur.

Rusiyanın “Life News” agentliyi Misirdə qəzaya uğramış “Koqolımavia” şirkətinə məxsus təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısını əldə edib. 

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, siyahıda 210 nəfərin adı yer alıb. Onlar arasında azərbaycanlı soyadı yoxdur.
 
Hadisə ilə bağlı Rusiya Fövqəladə Hallar Nazirliyində “qaynar xətt” yaradılıb.
 
Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub.
 
Qəza nəticəsində onların hamısının öldüyü bildirilir.
 
Qeyd edək ki, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçurmuş.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri