May
2024
10:24
125
8
1584
Virtual karabakh

İşğaldan azad edilmiş bütün ərazilərə qayıdış nə vaxt başlayacaq?

2 May, 2024
10:24
1584

İşğaldan azad edilmiş bütün ərazilərə qayıdış nə vaxt başlayacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq”.

“Report” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərə ilin sonuna kimi 20 min insanın qayıdışı planlaşdırılır:

“Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, yeddi şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Tezliklə Şuşaya, bundan başqa, Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri