Səbaildə su xəttində qəza: Məhdudiyyət yarandı - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
Səbaildə su xəttində qəza: Məhdudiyyət yarandı - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində su xəttində problem yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib.
Bildirilib ki, qəza yerinə dərhal “Azərsu”nun texnikası cəlb olunub, su təchizatı müvəqqəti dayandırılıb. Qəzanın nəticəsinin aradan qaldırılması ilə bağlı tədbirlər görülür.
11:04
Bakının Səbail rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, su kəmərində baş vermiş qəza ilə əlaqədar mayın 2-də Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Agentlik bununla əlaqədar abonentlərdən üzr istəyir.