May
2024
11:14
18
72
1334
Virtual karabakh

“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO

2 May, 2024
11:14
1334

“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişiklik edilib.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi İbrahim Mirzəyev deyib.

O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 aprel tarixli Sərəncamı əsasında komitənin 2 departamenti - “Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti” və “Repatriasiya” departamentləri ləğv edilib.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 aprel tarixli Sərəncamı ilə isə Dövlət Komitəsi aparatının ümumi ştat sayı artırılıb.

Artırılmış ştat vahidləri hesabına komitənin aparatının tərkibində iki yeni şöbə - “Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr”,  “Qayıdışın qeydiyyatı və təşkili” şöbələri yaradılıb.

Ləğv edilmiş departamentlərdə işləyən dövlət qulluqçuları komitədə analoji vakant vəzifələrə təyin olunublar.

Komitədə struktur dəyişikliyi dövlət idraetməsini təkmilləşdirmək, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışının effektivliyini təmin etmək məqsədi daşıyır.

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri