1 
May
2024
12:18
26
35
1532
yuxarı
Ulduz qapıçı Avro-2024-ü buraxacaq
1 May, 2024
12:18
1532
26
35
Ulduz qapıçı Avro-2024-ü buraxacaq
Belçika millisinin ulduz qolkiperi Avro-2024-də komandasına kömək edə bilməyəcək.
Məlumata görə, “Real Madrid” klubuna məxsus olan Tibo Kurtua Avro-2024-də çıxış edəcək Belçika millisinin heyətinə daxil edilməyib.
Milli komandanın baş məşqçisi Domeniko Tedesko təcrübəli qolkiperi uzunmüddətli zədədən əziyyət çəkdiyi üçün heyətə dəvət etmədiyini bildirib.
Qeyd edək ki, Tibo Kurtua mövsümün əvvəlində yaşadığı zədə səbəbi ilə yaşıl meydanlardan uzaq qalıb və heç bir oyunda çıxış etməyib.
Mənbə: Ntvspor.net
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək