May
2024
17:22
60
16
956
Virtual karabakh

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

1 May, 2024
17:22
956

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb.

Oxu.Az AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyinat alıb. Könül Mehtiyeva 17 iyun-1 iyul aralığında Avro-2024-ün Frankfurt şəhərində təşkil olunacaq beş oyununda UEFA nümayəndəsi olacaq.

O, qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika - Slovakiya, iyunun 20-də Danimarka - İngiltərə, iyunun 23-də İsveçrə - Almaniya, iyunun 26-da Slovakiya - Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.

Xatırladaq ki, UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi oyunlara və turnirlərə təyin edilən ən yüksəkrütbəli oyun rəsmisidir. Nümayəndə oyunların təşkilinin bütün aspektləri üzrə ümumi səlahiyyətə malikdir, matçın və ya turnirin nizamlı təşkilinin təmin edilməsinə, oyundan əvvəl, oyun zamanı və sonra stadionun istər daxilində, istərsə də xaricində nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri