May
2024
03:14
125
13
2779
Virtual karabakh

Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri cəzalandırıldı

1 May, 2024
03:14
2779

Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri cəzalandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ən böyük kriptovalyuta birjası “Binance”nin təsisçisi Çjao Çanpen, müvafiq lisenziyalar olmadan pul köçürmələri ilə bağlı cinayətlərə görə Sietl federal məhkəməsi tərəfindən dörd aylıq həbs cəzasına məhkum edilib.

Çjaonun cəzası prokurorların tələb etdiyi üç il həbsdən xeyli az olub. İş adamının müdafiəsi beş aylıq sınaq müddətində israr edib.

Xatırladaq ki, keçən ilin noyabr ayında Çjao ABŞ hökuməti ilə saziş bağlayıb və bununla da “Binance” ilə bağlı uzunmüddətli təhqiqata son qoyub. Sülh sazişinə əsasən, ən böyük kriptovalyuta birjasının təsisçisi baş direktor vəzifəsini tərk edərək 50 milyon dollar cərimə ödəməyə razılaşıb.

Mənbə: MSNBC

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri