May
2024
15:34
68
33
4059
Virtual karabakh

Latviya prezidenti piyada keçidində maşının altında qalmaqdan son anda xilas oldu - FOTO

1 May, 2024
15:34
4059

Latviya prezidenti piyada keçidində maşının altında qalmaqdan son anda xilas oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Latviya Prezidenti Edqars Rinkeviç və onun mühafizəçiləri piyada keçidində avtomobilin təkərləri altına düşməkdən son anda qurtulublar.

Bu barədə Latviya radiosunun xəbər xidmətinin rəhbəri və avtomobilin sükanı arxasında olan Ugis Libietis bildirib. Onun sözlərinə görə, prezidentin ayaqları üstündən keçmək üzrə olub və avtomobilini son anda saxlaya bilib.

“Cənab Prezident, küçəni keçməzdən əvvəl sağa-sola baxmaq lazımdır! Eyni şey cangüdənlərə də aiddir”, - deyə o əlavə edib.

Prezident isə hadisəyə yumorla yanaşıb və jurnalistlərin “onun üstünə düşmək” cəhdlərinə işarə edib.

“Mən bunu çoxdan demək istəyirdim: mətbuat mənim üstümdən keçməyə çalışır”, - deyə o bildirib.

Hadisəni şərh edən istifadəçilərin fikirləri ikiyə bölünüb. Bəziləri cangüdənləri belə riskə yol verdiyinə görə qınayıb, digərləri isə jurnalisti tənqid edərək avtomobilini “prezidentin ayaq barmaqlarının ucunda” yox, piyada keçidinin qarşısında yavaşlamalı olduğunu bildiriblər.

Mənbə: Nashaniva.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri