May
2024
04:43
68
18
2100
Virtual karabakh

Buffon hansı qarşılaşmanı yenidən oynamaq istəyir?

2 May, 2024
04:43
2100

Buffon hansı qarşılaşmanı yenidən oynamaq istəyir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol karyerasını başa vuran italiyalı sabiq qapıçı Canluici Buffon əgər yenidən belə bir imkan yaranarsa, peşəkar karyerasında hansı oyunu təkrar keçirmək istədiyindən danışıb.

46 yaşlı qapıçı tərəddüd etmədən bu oyunun 2012-ci il Avropa çempionatının final oyununun olmasını istədiyini söyləyib.

“Biz qeydə alınan nəticəyə layiq deyildik, yorğun oynadıq. Heç vaxt bəhanə axtarmıram, amma dözülməz psixofiziki şəraitdə oyunu keçirdik. Bizə bir gün də istirahət verilsəydi, başqa cür oynaya bilərdik. Sonda İspaniyaya qarşı heç nə edə bilmədik, halbuki qrup mərhələsində onları dayandıran tək biz idik”.

Qeyd edək ki, söhbət 2012-ci il Avropa çempionatının İtaliya və İspaniya arasında keçirilən final oyunundan gedir. Həmin oyun İspaniyanın 4:0 hesablı inamlı qələbəsi ilə yekunlaşmışdı. Komandaların qrup mərhələsində keçirdikləri oyun isə 1:1 hesablı bərabərliklə bitmişdi.

Mənbə: La Repubblica

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri