Yan
2017
20:46
11
387
3248
Virtual karabakh

Qubada iki azyaşlını “Qazel” vurub: Ölən və yaralanan var

3 Yan, 2017
20:46
3248

Qubada iki azyaşlını “Qazel” vurub: Ölən və yaralanan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Rustov kəndində qeydə alınıb.

“Qazel” markalı avtomaşın iki azyaşlı qardaşı vurub. Onlardan biri 4 yaşlı Qurbanov Renat Nurağa oğlu dünyasını dəyişib. Onun qardaşı 10 yaşlı Xəqani isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, ölən azyaşlıya vaxtında tibbi yardım göstərilməyib. Təcili yardım xidmətinə müraciət olunsa da vaxtında gəlməyib. Nəticədə azyaşlı dünyasını dəyişib.

Quba MRX-dan bildirilib ki, hadisə yerinə çağırış olunan kimi təcili yardım maşını əraziyə yollanıb.

Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri